SafeeBot LogoSafeeBot

İstifadəçi Qaydaları və Şərtləri

Bu Qaydalar və Şərtləer SafeeBot.az platformasında qeydiyyatdan keçən və xidmətlərdən istifadə edən bütün istifadəçilərə şamil olunur. Qeydiyyatdan keçməklə, istifadəçi bu sənəddə qeyd edilmiş bütün şərtləri qəbul etmiş sayılır:

1. Qeydiyyat və istifadəçi məlumatları

  • İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların tam, düzgün və aktual olmasına görə məsuliyyət daşıyır.
  • Yanlış məlumat nəticəsində yaranan hüquqi və texniki məsuliyyət istifadəçinin üzərindədir.
  • Qeydiyyatla yanaşı, istifadəçi şəxsi məlumatlarının emalına dair təqdim olunmuş “Məxfilik Siyasəti” və “Açıq Razılıq” şərtlərini qəbul etmiş sayılır.

2. Azyaşlılarla bağlı qaydalar

  • 18 yaşdan aşağı şəxslər yalnız valideyn icazəsi ilə platformadan istifadə edə bilər.
  • Ailə üzvünün kartından icazəsiz istifadə nəticəsində yaranan məsuliyyət istifadəçiyə məxsusdur. Platforma bu hallara görə cavabdehlik daşımır.

3. Ödəniş qaydaları

  • Ödəniş yalnız SafeeBot.Az tərəfindən göstərilən rəsmi hesab və ödəniş kanalları ilə qəbul olunur.
  • Üçüncü şəxslərə edilən ödənişlərə görə platforma məsuliyyət daşımır.

4. Geri qaytarılma və əvəzləmə

  • Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna əsasən, dərhal təqdim olunan rəqəmsal xidmətlər və sifarişdən sonra xərci çəkilən məhsullar geri qaytarılmır.
  • İstehlakçının 14 günlük geri çəkilmə hüququ rəqəmsal məhsullara şamil edilmir.
  • Təqdim olunan xidmətlər rəqəmsal məzmunun onlayn çatdırılmasıdır və fiziki məhsul hesab edilmir.
  • Bu səbəbdən geri qaytarma və dəyişdirilmə qaydaları Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanununun rəqəmsal məzmunla bağlı müddəalarına uyğun olaraq tətbiq edilir.

5. Təhlükəsizlik və fırıldaqçılığın qarşısı

  • SafeeBot.Az tərəfindən göstərilməmiş əlaqə vasitələri ilə aparılan yazışma və alış-verişlərə görə platforma məsuliyyət daşımır.
  • Saxta qəbz, fırıldaqçılıq, hesab oğurluğu, üçüncü şəxslərin məlumatlarının dəyişdirilməsi aşkarlandıqda istifadəçi platformadan ömürlük bloklanır.
  • Zəruri hallarda hüquq-mühafizə orqanlarına məlumat təqdim edilə bilər.

6. Müştəri öhdəlikləri

  • İstifadəçi hesab məlumatlarını gizli saxlamalıdır.
  • Hesabın üçüncü şəxslərlə paylaşılması nəticəsində yaranan məsuliyyət istifadəçiyə məxsusdur.
  • Platformada hər hansı fırıldaqçılıq və ya pozuntu aşkar edildikdə, istifadəçi dərhal bloklanır.

7. Qaydaların qüvvəyə minməsi

  • Bu qaydalar istifadəçinin qeydiyyatdan keçdiyi andan etibarən qüvvəyə minir və istifadəçi bu şərtlərə əməl etməyə borcludur.